Mingəçevirdə oğul anasını qətlə yetirib

Mingəçevirdə oğul anasını qətlə yetirib
  28 May 2017    Oxunub:4438
Mingəçevir şəhərində yerli sakin anasını qətlə yetirib.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Xətai küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadın 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovadır.

O, yaşadığı evdə qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisənin qadının oğlu Nail Məhərrəmov tərəfindən törədildiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Mingəçevir   Qətl  





Xəbər lenti