Snayperlərin atış bacarıqları yoxlanılır

Snayperlərin atış bacarıqları yoxlanılır
  27 May 2017    Oxunub:3910
Silahlı Qüvvələrin 2017-cı ilin hazırlıq planına uyğun olaraq cəbhə bölgəsində yerləşən birlik və hərbi hissələrdə snayperlərin atış bacarıqları yoxlanılır.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, çətin iqlim şəraiti, gecə vaxtı və dağlıq-meşəlik ərazidə keçirilən məşqlərdə şəxsi heyət müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi vərdişlərini təkmilləşdirir.

Peşəkar təlimatçıların rəhbərliyi ilə hazırlaşan snayperlər maskalanma, əsas və ehtiyat mövqelərin seçilməsi, müəyyən edilmiş koordinatlar üzrə uzaq məsafəyə yürüş və digər təlim tapşırıqlarını yerinə yetirir.

AzVision.az


Teqlər: Müdafi-Nazirliyi  





Xəbər lenti