İstanbul körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək

İstanbul körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək
  27 May 2017    Oxunub:6284
Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May - Respublika Günü şərəfinə nadir bayram təbriki həyata keçiriləcək.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, mayın 28-də Fatih Sultan Mehmet körpüsü Ankara vaxtı ilə saat 20.35-dən etibarən Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq. Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişəcək.

AzVision.az


Teqlər: İstanbul  





Xəbər lenti