Ağsuda 4 otaqlı ev yanıb

Ağsuda 4 otaqlı ev yanıb
  27 May 2017    Oxunub:1997
Ağsu rayonunda vətəndaşa məxsus ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rayonun Ərəbmehdibəy kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Ağsu   Yanğın  





Xəbər lenti