“Neft Daşları”na gedən helikopter məcburi eniş etdi

“Neft Daşları”na gedən helikopter məcburi eniş etdi
  27 May 2017    Oxunub:5035
Mayın 27-də "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.
Bu barədə AzVision.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi zərər görməyib.

"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters"in digər helikopterləri ilə çatdırılacaq.

Hazırda hadisənin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılıb.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti