İdarə rəisləri, komandirlər işdən çıxarılır - Ermənistanda kütləvi ixtisarlar

İdarə rəisləri, komandirlər işdən çıxarılır - Ermənistanda kütləvi ixtisarlar
  27 May 2017    Oxunub:4166
Ermənistanın Müdafiə Nazirliyində ciddi dəyişikliklər olacaq.
AzVision.az xəbər verir ki, "Joğovurd" qəzetinin yaydığı məlumata görə, yaxın vaxtlarda nazirliyin bir neçə idarə rəisi, hərbi hissə komandirləri işdən azad ediləcək.

Dəyişikliklərin ötən gün prezident Serj Sarkisyanın nazirliyə etdiyi "sürpriz" səfərdən sonra başladığı bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın hərbi polis rəisi və raket və artileriya qoşunlarının komandanı işdən azad edilib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti