Aygün Kazımovaya DTX-da iş verildi

Aygün Kazımovaya DTX-da iş verildi
  27 May 2017    Oxunub:7860
Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə Femida.az-a xalq artisti özü məlumat verib.

A. Kazımovanın sözlərinə görə, artıq bununla bağlı rəsmi əmr verilib.

Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayraq Meydanından start götürən “28 MAY - Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib. Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib.

Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.

AzVision.az


Teqlər: DTX   Aygün-Kazımova  





Xəbər lenti