Daha bir terror: 18 ölü, 6 yaralı

Daha bir terror: 18 ölü, 6 yaralı
  27 May 2017    Oxunub:1235
Əfqanıstanın cənub-şərqində terror aktı törədilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Xost şəhərində baş verən partlayış nəticəsində 18 nəfər ölüb, 6 nəfər yaralanıb

Məlumata əsasən terrorçu-kamikadze partlayıcı qurğu yerləşdirən avtomobili şəhər avtobus parkının ərazisində partladıb.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti