Zaxarovanın Azərbaycan xiyarından xoşu gəldi - FOTO

Zaxarovanın Azərbaycan xiyarından xoşu gəldi - FOTO
  27 May 2017    Oxunub:20644
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Azərbaycanın milli bayramı – Respublika Günü münasibəti ilə Moskvada keçirilən tədbirdə iştirak edib.
AzVision.az xəbər verir ki, tədbirlə bağlı təəssüratlarını "Facebook" səhifəsində bölüşən Zaxarova Azərbaycan xiyarından xoşunun gəldiyini yazıb:

“Azərbaycanın Respublika Günü münasibəti ilə keçirilən tədbirdə iştirak etdim. On dəqiqəlik gəlmişdim, lakin bir saatdan sonra getdim. Səfir Polad Bülbüloğlu məni plov və digər nemətlərlə dolu masaya dəvət etdi. Tədbiri tərk edəndə özümlə xiyar və gilas götürdüm. Yeri gəlmişkən, Azərbaycan xiyarından yaxşısı yoxdur”.



AzVision.az


Teqlər: Zaxarova  





Xəbər lenti