Erməni avtoritetlərə qarşı sui-qəsd planı

Erməni avtoritetlərə qarşı sui-qəsd planı
  27 May 2017    Oxunub:1331
Mayın 24-də Ermənistanda iki kriminal avtoritetə qarşı sui-qəsd cəhdi edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sui-qəsd cəhdinin qarşısı alınıb. Məlum olub ki, hədəfdə "Don Pipon" ləqəbli Artur Asadryan və "Vstreci Aper" ləqəbli Aram Vardanyan olub.

Ötən gün sui-qəsd işi üzrə 3 nəfərdən ibarət silahlı qrup həbs edilib. Həbs olunanların adları açıqlanmayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, "Don Pipon" oğlunun toyunu təşkil etmək üçün Romadan İrəvana gəlib.

Sui-qəsd cəhdinin kökü 2007-ci ilə söykənir. Yayılan məlumatlara görə, klanlar arası toqquşma zamanı Aram Vardanyan və dostlarının üzərinə partlayıcı maddə atılıb. Nəticədə onlar özlərini müdafiə etmək üçün tapançadan istifadə ediblər.

Daha bir sui-qəsd cəhdi isə Aram Vardaryanın atasının 40 mərasimi günü plaşlaşdırılıb. "Argişdi" restoranının yaxınlığında "killer" dəstələri pusqu qurublar. Ancaq onların cinayət planı baş tutmayıb.

Mayın 24-də baş verən sayca üçüncü sui-qəsd planı Aram Vardaryanı aradan götürməyə hesablanıb. Şayiələr gəzir ki, "Don Pipon"da diqqət mərkəzində olub.

Armlur.am saytına məlum olub ki, hüquq-müdafiəçiləri sui-qəsd cəhdini həyata keçirən şəxslərin izinə düşüblər. Həmin şəxslərin Artyem Harturyan və Artyom Kaneskonun nəzarəti altında olduğu məlum olub.

Bundan əlavə planlaşdırılan sui-qəsdin müəyyən detalları məlum olub. Saxlanılan şəxslər əsas hədəfin kim olduğunu etiraf ediblər. Məlumatlara əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları 3 nəfər tərəfindən icarəyə götürülmüş mənzildə axtarış aparan zaman onlara məxsus telefonlarda "Don Pipon" ləqəbli Artur Asadryan və Aram Vardanyanın şəkillərini aşkar ediblər.

Digər bir məlumata görə, saxlanılan şəxslər Vanadzor şəhərinin sakinləridir. Onların şəhərdə özlərinə məxsus mənzilləri olsa da, işin icrası üçün kirayə ev tutublar. Bildirilir ki, Üçmüəzdin kilsəsinin qarşısında "Don Pipon"un böyük evi var. Kriminal avtoritetlərə qarşı sui-qəsd bu ərazidə pusqu qurularaq icra edilməli idi.

Açılan cinayət işi çərçivəsində yaxın vaxtlarda yeni həbslərin və intiqam məqsədilə toqquşmaların olacağı qaçılmazdır.

Rəziyə Arslan
AzVision.az


Teqlər: Ermənistan   Kriminal  





Xəbər lenti