Qaxda 86 yaşlı kişi özünü asıb

Qaxda 86 yaşlı kişi özünü asıb
  27 May 2017    Oxunub:1378
Qaxda intihar hadisəsi baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18 radələrində rayonun Qaşqaçay kəndində qeydə alınıb.

Kənd sakini, 1931-ci il təvəllüdlü Əmiraslan Yusif oğlu İsmayılovun meyiti yaşadığı evin eyvanından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.

Məlumata görə, Ə. İsmayılov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: Qax   İntihar  





Xəbər lenti