13 yaşlı oğlan faciəvi şəkildə öldü

13 yaşlı oğlan faciəvi şəkildə öldü
  27 May 2017    Oxunub:1268
Gəncədə 13 yaşlı oğlan tut ağacından yıxılaraq ölüb.
Ozan küçəsində yaşayan Vüsal Aslanlı həyətdə olan tut ağacından yıxılıb. Ağır xəsarət alan uşaq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Reanimasiya Şöbəsinə yerləşdirilən Vüsala tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

AzVision.az


Teqlər: Gəncə   Hadisə  





Xəbər lenti