Azərbaycan XİN Misirdəki terroru pislədi

Azərbaycan XİN Misirdəki terroru pislədi
  27 May 2017    Oxunub:1361
Azərbaycan Xarici İşlər Nazirliyi Misirdə baş verən terror aktını pisləyib.
Bu barədə XİN-in "Twitter" səhifəsində məlumat yer alıb.

"Biz Misirdə baş verən terror aktını qınayırıq və Misir xalqına və həlak olanların ailələrinə başsağlığı veririk"-deyə məlumatda bildirilib.

Xatırladaq ki, Misirin Əl-Minya əyalətində bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub. Rəsmi məlumata görə, hücum zamanı 28 nəfər ölüb.

AzVision.az



Teqlər: Azərbaycan   XİN   Terror  





Xəbər lenti