Azərbaycandakı ən yaşlı seçicinin kimliyi açıqlandı

Azərbaycandakı ən yaşlı seçicinin kimliyi açıqlandı
  27 May 2017    Oxunub:11050
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu keçirilən iclasda bildirib ki, Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var.
AzVision.az xəbər verir ki, MSK sədrinin sözlərinə görə, ən yaşlı seçici 1894-cü ildə anadan olmuş 94 saylı Bərdə Seçki Dairəsinin 3 saylı məntəqəsinin seçicisi Allahverdiyeva Səmərqənd Gülməmməd qızıdır.

Kişilər arasında ən yaşlı seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı seçki məntəqəsinin seçicsi 117 yaşlı Qurbanov Səttar Həsən oğludur.

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan 407 seçici var.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçici  





Xəbər lenti