Gömrük Komitəsi: Heç bir problem yaşanmayıb

Gömrük Komitəsi: Heç bir problem yaşanmayıb
  26 May 2017    Oxunub:1588
Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsinin (DGK) Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) problemlərin yarandığını və buna görə 4 saat müddətində müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilə bilmədiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Komitənin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, 25 may saat 21:00-dan başlayaraq 26 may saat 04:00 qədər DGK tərəfindən informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizliyinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış yüklənmə testləri həyata keçirilib və DGK mütəxəssisləri tərəfindən aparılmış sınaqlar uğurla başa çatdırılıb.

“Sınaqların həyata keçirildiyi müddətdə sistemdə müəyyən ləngimələr baş versə də, müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilməsi, eləcə də sistemin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb”, - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti