Estoniya rus diplomatları ölkədən qovdu

Estoniya rus diplomatları ölkədən qovdu
  26 May 2017    Oxunub:1693
Rusiyanın Narvadakı baş konsulu Dmitri Kazennov və konsul Andrey Surqaev Estoniyadan çıxarılıb.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Estoniya XİN-in rəsmi nümayəndəsi Sandra Kamilova bildirib.

“Estoniya XİN Kazennov və Surqaevin Estoniyadan çıxarılacaq”, - deyə Kamilova bəyan edib.

Nazirlik bu qərarın hansı səbəbdən verildiyini açıqlamayıb.

Rusiya XİN öz növbəsində bəyan edib ki, rusiyalı diplomatların ölkədən çıxarılması cavabsız qalmayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Estoniya  





Xəbər lenti