Avtobusa silahlı hücum: 23 ölü, 25 yaralı

Avtobusa silahlı hücum: 23 ölü, 25 yaralı
  26 May 2017    Oxunub:1710
Misirin cənubunda yerləşən Əl-Minya əyalətində bir qrup silahlı şəxs avtobusa hücum edib.
AzVision.az “RİA novosti”yə istinadən xəbər verir ki, kopt xristianlarının olduğu avtobusu hücum zamanı 23 nəfər ölüb, 25 nəfər də yaralanıb.

Misir Təhlükəsizlik Qüvvələri vilayətdə silahlıların axtarışı üzrə genişmiqyaslı əməliyyatlara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Misir  





Xəbər lenti