80069,3 min manat təqaüdlərin ödənilməsinə yönəldilib

80069,3 min manat təqaüdlərin ödənilməsinə yönəldilib
  26 May 2017    Oxunub:1501
Ötən il 80069,3 min manat Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin ödənilməsinə yönəldilib.
AzVision.az xəbər verir ki, bu, “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd olunub.

Sənədə əsasən, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərə təyin olunan Prezidentin aylıq təqaüdləri üzrə 2016-cı ildə xərclər 2014-cü illə müqayisdədə 40,2%, 2015-ci illə müqayisədə isə 10,5% çox olub.

Artım əsasən təqaüdlərin aylıq məbləğinin orta hesabla 10 faiz artırılması və təqaüd alan şəxslərin 2016-cı ilin əvvəlində qeydə alınmış 54623 nəfərdən 57822 nəfərədək (6,0%) artması ilə bağlı olub.

AzVision.az


Teqlər: Büdcə   Təqaüd  





Xəbər lenti