680-700 bal toplayan məzunlar təkrar imtahan verəcək

680-700 bal toplayan məzunlar təkrar imtahan verəcək
  26 May 2017    Oxunub:54570
İlk qəbul imtahanında 680-700 bal arası nəticə göstərən 93 nəfərdən 60-ı yenidən imtahan vermək istəyir.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Günün nəbzi" verilişində deyib.

Onun sözlərinə görə, ümumilikdə birinci imtahanda iştirak edən 65 000 nəfərdən 53000-i yay imtahanına yazılıb.

“Aşağı nəticə göstərənlər yay imtahanına yazılmayıblar. Lakin yuxarı nəticə göstərənlər ikinci şansını istifadə etmək istəyir. Maraqlıdır ki, 680-700 bal toplayan şəxslərin əksəriyyəti yenidən imtahan vermək istəyir. Belə ki, I qrupda 680-700 bal toplayan 47 nəfərdən 28-i yay imtahanında iştirak etmək üçün yazılıb. II qrupda 11 nəfər 680-700 bal toplayıb. Onlardan 8-i ikinci imtahana yazılıb. III qrupda 68-700 bal toplayan 16 nəfərdən 12-i , IV qrupda isə 19 nəfərdən 12-I ikinci imtahana yazılıblar. Onlar şəxsi rekordlarını yeniləmək istəyirlərsə yaxşıdır. Yox əgər başqa məqsədlə gəlmək istəyirlərsə, onlara demək istəyirik ki, ikinci imtahanda qanun pozuntusuna yol vermiş abituriyentin birinci imtahanın nəticəsi də ləğv olunacaq, deyə M.Abbaszadə əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti