Bakıda ağır qəza, iki ölü

Bakıda ağır qəza, iki ölü
  26 May 2017    Oxunub:1303
Bakıda ağır yol qəzası baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi “MAZ” və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R.Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti