Ermənistanda gömrük rəisi rüşvət üstündə tutuldu

Ermənistanda gömrük rəisi rüşvət üstündə tutuldu
  26 May 2017    Oxunub:2208
Ermənistanın Gürcüstanla sərhəddə yerləşən “Bavra” gömrük məntəqəsinin rəisi həbs edilib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, gömrük rəisin rüşvət üstündə həbs edildiyi bildirilir.
“Polis və Xüsusi İstintaq Komitəsinin birgə keçirdiyi genişmiqyaslı operativ-araşdırma tədbirləri nəticəsində əldə olunan sübutlar əsasında mayın 25-də rüşvət almaq maddəsi üzrə brokerlik fəaliyyəti ilə məşğul olan MMC-nin və “Bavra” gömrük keçid məntəqəsinin rəisi saxlanılıb”, -deyə məlumatda bildirilib.

Qeyd olunub ki, bir sıra təşkilatların rəhbərləri və əməkdaşları, fiziki şəxslər broker şirkətinin işçiləri ilə işbirliyinə girərək, rüşvət verməklə gömrük məntəqəsindən malların idxalı və ixracını daha aşağı faiz dərəcələri ilə həyata keçiriliblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Həbs  





Xəbər lenti