Sarkisyana qarşı yeni cəbhə yaranır

Sarkisyana qarşı yeni cəbhə yaranır
  26 May 2017    Oxunub:1230
Ermənistanda 2017-ci ilin payızında hakimiyyət uğrunda mübarizənin ən qızğın mərhələsində olacaq. Prezident Sarkisyan-Tsarukyan tandeminə Karen Karapetyan, Samvel Karapetyan və Ovik Abramyan birliyinin qarşı çıxacağı istisna edilmir.
AzVision.az xəbər verir ki, bu barədə "Jamanak" qəzeti məlumat yayıb.

Məlumata görə, Qaqik Tsarukyan Serj Sarkisyanı dəfələrlə inandırmağa çalışıb ki, hakimiyyət uğrunda mübarizədə yalnız bir adama (Serj Sarkisyana-red) dəstək verəcək.

Bundan əlavə Samvel Karapetyanla Ovik Abramyan arasında görüşlər keçirilib. Abramyan "Jamanak"a müsahibəsində Karen Karapetyan hökümətinin apardığı işləri müsbət qiymətləndirib.

İddialara əsasən, Ermənistanın baş naziri Samvel Karapetyan və Ovik Abramyanla birləşərək Sarkisyana qarşı çıxacaq.

İsmayıl Abbas
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti