Neft razılaşması 3 ölkəyə şamil olunmayacaq

Neft razılaşması 3 ölkəyə şamil olunmayacaq
  26 May 2017    Oxunub:1165
OPEC-in Vyana razılaşması Liviya, Nigeriya və İrana şamil olunmayacaq. Razılaşmaya əsasən bu ölkələr üçün istisnalar qüvvədə saxlanılıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

Qeyd edək ki, OPEC və müttəfiqləri neft hasilatının azaldılmasına dair sazişin müddətini daha doqquz ay, yəni 2018-ci ilin birinci rübünədək uzadılmasına qərar veriblər.

AzVision.az


Teqlər: OPEC   Neft  





Xəbər lenti