ASAN-da 28 may qeyri-iş günüdür

ASAN-da 28 may qeyri-iş günüdür
  26 May 2017    Oxunub:5708
Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində 28 may qeyri- iş günüdür.
Bu barədə AzVision.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, mayın 29-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

AzVision.az


Teqlər: ASAN-Xidmət   ASAN-Kommunal   28-May  





Xəbər lenti