Tramp baş naziri saymadı, kobudluq etdi - VİDEO

Tramp baş naziri saymadı, kobudluq etdi - VİDEO
  26 May 2017    Oxunub:7958
Ağ evin rəsmi nümayəndəsi Şon Spayser NATO-nun sammitində prezident Donald Tramp və Monteneqronun baş naziri Duşko Markoviç arasında yaşanan xoşagəlməz olaya aydınlıq gətirib.
“Mən bu videonu görməmişəm”, - deyə Spayser bildirib. Mətbuat katibi bununla yanaşı qeyd edib ki, NATO-ya üzv ölkələrin liderlərinin foto üçün düzülüşü əvvəlcədən müəyyənləşdirilib və Tramp sadəcə bu sxemə əməl edib.

Qeyd edək ki, Tramp NATO-nun yeni mənzil qərargahına baxarkən qarşısında olan Markoviçi sərt şəkildə geri çəkib. Baş verənlərin videosu sosial şəbəkələrdə yayılıb və bu olay etiraza səbəb olub.

Öz növbəsində Monteneqronun baş naziri baş verən insidentə reaksiya verməyib: “Doğurdan da mən buna fikri vermədim. Mən sadəcə sosial şəbəkələrdə reaksiyanı gördüm. Təbii ki, Birləşmiş Ştatlar prezidenti ön sırada durmalıdır”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: NATO   Tramp   ABŞ   Monteneqro  





Xəbər lenti