Bakıda avtobus "bomj"u öldürdü

Bakıda avtobus "bomj"u öldürdü
  26 May 2017    Oxunub:1429
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhəri, Naxçıvanski küçəsində (26 saylı şəhər poliklinikasının yaxınlığında) 81 saylı sərnişin avtobusunun piyadanı vurması ilə bağlı açıqlama verib.
BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AzVision.az-a bildirib ki, hadisə mayın 25-də saat 18:18 radələrində baş verib:

“81 nömrəli marşrutda fəaliyyət göstərən 10TG451 DQN nişanlı avtobusun sürücüsü Rufov Şərafəddin Əlindən oğlu Naxçıvanski küçəsində avtobusu idarə edərkən qəfildən qarşısına çıxan piyadanı (kişi) vurub. Quraşdırılan GPS məlumatlarına görə həmin anda avtobusun sürəti 40 km/saat olub”.

M.Ağayev hadisə şahidlərinin verdiyi məlumat əsasında bildirib ki, piyada qəfildən yolun hərəkət hissəsinə çıxıb: “Onun içkili vəziyyətdə olduğu deyilir. Faktla bağlı araşdırma aparılır”.

Hadisə nəticəsində ölən şəxsin "bomj" olduğu bildirilib.

AzVision.az


Teqlər: Avtobus   Qəza  





Xəbər lenti