Bakıda ağır yol qəzası baş verib

Bakıda ağır yol qəzası baş verib
  26 May 2017    Oxunub:3270
Bakıda yol-nəqliyyat qəzası olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili ilə “MAZ” markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 19:10-da başa çatıb.

AzVision.az


Teqlər: FHN   Bakı   Qəza  





Xəbər lenti