AMEA-nın magistrantlarına təqaüd veriləcək

AMEA-nın magistrantlarına təqaüd veriləcək
  25 May 2017    Oxunub:1505
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamə əsasən Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir:

1.1. Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat

1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 105 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilir

Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti