Su anbarında ölüm - Yenilənib

Su anbarında ölüm - Yenilənib
  26 May 2017    Oxunub:3102
Yevlax rayonunun Xanabad kəndində su anbarında çimərkən batan şəxsin cəsədi tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, cəsədi tapılan şəxs 1999-cu il təvəllüdlü Bəkirov Aslan Eldəniz oğludur.

Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:48-də başa çatıb.

***
Yevlaxda su anbarında bir nəfər batıb.

AzVision.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti