Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı

Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı
  25 May 2017    Oxunub:2325
Prezident İlham Əliyev Əkrəm Zeynallının Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti