Ermənistanda hökuməti devirməyə çağırış edildi - Aksiyalar başladı

Ermənistanda hökuməti devirməyə çağırış edildi - Aksiyalar başladı
  25 May 2017    Oxunub:1963
“Vardaşen” həbsxanasından azadlığa buraxılan Volodya Avedisyan hökümət binasının qarşısında oturaq aksiyaya başlayıb.
AzVision.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, Avedisyan və döyüşçü dostları cəzaçəkmə müəssisələrində mövcud problemləri önə çəkərək Ədliyyə Nazirliyinin səlahiyyətlərini icra edən şəxslə görüş tələb ediblər.



V.Avedisyan ictimaiyyəti küçələrə çıxmağa və hökuməti devirməyə çağırıb: “Azadlıq tələbləri ilə yanaşı, hakimiyyətə qarşı mübarizə aparacağam. Hakimiyyət dəyişikliyini tələb edirəm və hər kəsi mənə qoşulmağa çağırıram. Hökümət binası qarşısında gecələyəcəm və bütün hüquqlar uğrunda mübarizə aparacağam”.


Avedisyan və tərəfdarları aksiyaya özləri ilə "Ədalətdən ədalət" adlı şüar yazılmış plakatlar gətiriblər.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında həbs edilən və 2014-cü ilin yayında 6 il azadlıqdan məhrum edilən Avedisyan bu gün verilən əfvlə "Vartaşen" həbsxanasından azadlığa buraxılıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti