Kurikulum ləğv olunmayacaq - Nazirlik səbəbini açıqladı

Kurikulum ləğv olunmayacaq - Nazirlik səbəbini açıqladı
  25 May 2017    Oxunub:2783
"Azərbaycanda kurikulumun ləğvi anlayışı kifayət qədər savadsız ifadədir".
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinı görə, tədris prosesində bu sistem həmişə olub: "Bu gün də var və gələcəkdə də olacaq. Kurikulumsuz təhsil olmur. Kurikulum təhsilin məzmunudur. Kurikulumu ləğv etmək, təhsili məzmunsuz saxlamaq deməkdir. Belə bir məsələ absurd ifadədir".

E.Əmrullayev əlavə edib ki, kurikulum eyni zamanda hər zaman təkmilləşən bir sahədir: "Hazırda Təhsil Nazirliyi tərəfindən kurikulumun ləğvini şərh etmək çətindir. Bu sistem ləğv oluna bilməz. Müəyyən təkmilləşdirmələr aparıla bilər. Bu da hər il, hər zaman baş verir. Bunu ciddi bir dəyişiklik kimi qələmə vermək düzgün deyil".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Kurikulum  





Xəbər lenti