Sumqayıtda yanğın, 10 nəfər təxliyə edilib

Sumqayıtda yanğın, 10 nəfər təxliyə edilib
  25 May 2017    Oxunub:1857
Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 28 m2 sahədə yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Sumqayıt   Yanğın   FHN  





Xəbər lenti