“Azərbaycanla əlaqələrimizi digər amillərlə bağlamırıq” – Rusiya XİN

“Azərbaycanla əlaqələrimizi digər amillərlə bağlamırıq” – Rusiya XİN
  25 May 2017    Oxunub:5035
"Azərbaycanla bütün sahələrdə münasibətləri dəstəkləyirik və inkişaf etdiririk".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycan-Rusiya əməkdaşlığının hazırkı vəziyyətini dəyərləndirərkən bildirib.

"Azərbaycan xalqı hər zaman Rusiya xalqına yaxın olub və bu cür olmaqda davam edəcək Biz Bakı və Azərbaycan xalqı ilə qurduğumuz münasibətləri hər hansı bir beynəlxalq amillə bağlamırıq. Əlbəttə ki, biz, Azərbaycan tərəfi ilə beynəlxalq məsələləri, regional məsələləri və problemləri müzakirə edirik. Ölkələrimiz arasında qarşılıqlı etimadlı və açıq dialoq mövcuddur”, - deyə Zaxarova qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Mariya-Zaxarova  





Xəbər lenti