Əməkdar jurnalist Sülh Platformasına qoşuldu

Əməkdar jurnalist Sülh Platformasına qoşuldu
  25 May 2017    Oxunub:1020
Azərbaycanın əməkdar jurnalisti, yazıçı, kinossenarist, “Qızıl qələm” mükafatının laureatı Nüşabə Məmmədova, "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulması haqqında bəyanat verib.
AzVision.az-ın məlumatına görə, bəyanatda deyilir:

“Gələcək nəsillərə miras qoya biləcəyimiz ən mühüm şey Sülhdür. Bu səbəbdən 25 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çox vacibdir.
Həmçinin Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası vacib olduğunu vurğulamaq istəyirəm. Eləcə də ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylərin əhəmiyyətini qeyd etmək istəyirəm.

Erməni və Azərbaycan xalqlarının münaqişədən qabaq münasibəti əsrlərlə formalaşan mehriban qonşuluq prinsipləri üzərinqə qurulmuşdur. Lakin münaqişənin həll olunmaması nəticəsində hər iki xalqın bir birinə münasibətinin yalnız müharibə kontekstində fromalaşmasını böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. Xalq Diplomatiyasının münaqişənin həlli üçün əhəmiyyətli bir addım olduğuna inanıram. Bu səbədən bu təşəbbüsə dəstəyimi ifadə edərək, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqazda sülhün bərpası və onu qorunamsı olan "Ermənistan Azərbaycan Sülh Platforması"-na qoşulduğumu bəyan edirəm".

AzVision.az


Teqlər: Sülh-Platforması  





Xəbər lenti