KTMT BMT-nin sülhməramlı missiyalarında iştirak edə bilər

KTMT BMT-nin sülhməramlı missiyalarında iştirak edə bilər
  25 May 2017    Oxunub:1702
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) BMT-nin sülhməramlı missiyalarında iştirak etmək üçün danışıqlar aparır.
AzVision.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın baş katibi Yuri Хаçaturov bildirib.

Onun sözlərinə görə, KTMT üçüncü ölkələrin ərazilərində, BMT-nin sülhməramlı missiyalarında iştirakı nəzərdə tutan mandat formalaşdırılması üçün praktiki məsələləri inkişaf etdirir.

"Təşkilat BMT Təhlükəsizlik Şurasının mandatına uyğun yalnız təşkilata üzv ölkələrin ərazilərində deyil, digər üçüncü ölkələrin ərazilərində də sülhməramlı əməliyyatalar keçirmə potensialına malikdir" - deyə Xaçaturov bildirib.

Rəziyə Arslan
AzVision.az


Teqlər: KTMT  





Xəbər lenti