OPEC bu qərarını 9 ay uzatdı

OPEC bu qərarını 9 ay uzatdı
  25 May 2017    Oxunub:1394
OPEC neft hasilatının azaldılmasına dair əldə olunan razılaşmanın daha 9 ay müddətinə uzaldılması barədə qərar qəbul edib.
AzVision.az-ın məlumatına görə, bu barədə qərar Vyanada işini tamamlayan növbəti sammitdə verilib.

Qeyd edək ki, yanvarın 1-dən qüvvəyə minən hasilatın azaldılması qərarı iyunda sona çatırdı.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: OPEC  





Xəbər lenti