Moskvada terror törətmək istəyən 4 İŞİD-çi tutulub

Moskvada terror törətmək istəyən 4 İŞİD-çi tutulub
  25 May 2017    Oxunub:1418
Rusiyanın paytaxtı Moskvada terror aktı törətməyi planlaşdıran 4 nəfər İŞİD-çi saxlanılıb.
AzVision.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, onların terror aktlarını nəqliyyat obyektlərində törətməyi planlaşdırdıqları məlum olub.

Axtarış zamanı həmin şəxslərdə müxtəlif partlayıcılar, odlu silah və sursatlar, ekstremist ədəbiyyat və videoyazılar aşkar edilib.

Terrorçuların rusiyalı və Mərkəzi Asiya ölkələrinin vətəndaşları olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, saxlanılanlar terror aktını törətdikdən dərhal sonra Suriyaya getməyi planlaşdırırmışlar.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Moskva   Rusiya   Terror   İŞİD  





Xəbər lenti