Dövlət büdcəsinin icrası plenar iclasa tövsiyyə olundu

Dövlət büdcəsinin icrası plenar iclasa tövsiyyə olundu
  25 May 2017    Oxunub:1792
Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə olunub. Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, deputatlar Vahid Əhmədov, Əli Məsimli, Tahir Mirkişili, Aydın Hüseynov çıxış ediblər.

Müzakirələrdən sonra 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi mayın 31-dən keçiriləcək plenar iclasa tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti