226 952 nəfər şəkər xəstəliyinə tutulub

226 952 nəfər şəkər xəstəliyinə tutulub
  25 May 2017    Oxunub:1281
"Ötən ilin sonuna olan məlumata görə, Respublika Endokrinoloji Mərkəzində şəkərli diabet xəstəliyi ilə 226 952 nəfər qeydiyyatda olub. Halbuki 2015-ci ildə analoji göstərici 209 377 nəfər təşkil edib".
AzVision.az-ın verdiyi xəbərə görə, Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek bildirib ki, hazırda ölkə əhalisinə 60-dan çox endokrinoloji kabinetlər xidmət göstərir.

""2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkən insanların müayinə və müalicə məqsədi ilə davamlı addımlar atılır. Proqram çərçivəsində həm də digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bakı şəhərindəki poliklinikalarda və bölgələrdə "diabet pəncərəsi" xidmətinin yaradılması planlaşdırılıb. Həmçinin, şəkərli diabetlə xəstə pasientlərin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registrin yaradılması istiqamətində işlər aparılır".

B.Salek əlavə edib ki, ölkədə şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə diabet məktəbləri mövcuddur: "Bu məktəblər Bakı ilə yanaşı, regionlarda da fəaliyyət göstərir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Diabet  





Xəbər lenti