Mosul İŞİD-dən azad edilir - Əməliyyatdan CANLI YAYIM

Mosul İŞİD-dən azad edilir - Əməliyyatdan CANLI YAYIM
  25 May 2017    Oxunub:13571
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinin azad edilməsi üçün hərbi əməliyyata başlayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, hazırda davam edən əməliyyatda müəyyən edilmiş hədəflərin məhv edilməsi məqsədi ilə zərbələr endirilir.

Əraziyə koalisiya qüvvələrinə məxsus gücləndirilmiş aviasiyanın cəlb olunduğunu deyilir.

Qeyd edək ki, İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ilin iyun ayından İŞİD-in nəzarəti altındadır.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İŞİD   Mosul  





Xəbər lenti