Erməni kriminal avtoritetin oğlu öldürülüb

Erməni kriminal avtoritetin oğlu öldürülüb
  25 May 2017    Oxunub:2101
Ermənistanın Quqarq kəndində qətl hadisəsi baş verib. Bu gün saat 00:20 radələrində evlərdən birində kişi cəsədinin tapılması barədə polisə məlumat daxil olub.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları öldürülən şəxsin Quqarq kənd sakini, "Caco Edo" ləqəbli kriminal avtortetin oğlu Tiqran Mardirosyanın olduğunu müəyyən ediblər.

Faktla bağlı istintaq qrupu yaradılıb, cinayət işi açılıb. Ekspertizanın ilkin nəticələrinə görə, Mardirosyan aldığı güllə yarasından ölüb.

Araşdırma nəticəsində aydın olub ki, cinayəti "Makar" tipli tapancadan istifadə etməklə onun 32 yaşlı həyat yoldaşı törədib. Qətli törədən şəxs həbs edilib.

Qeyd edək ki, "Caco Edo" ləqəbi ilə tanınan Edik Mardirosyanın oğlu Jora Mardirosyan və qohumu 2004-cü ilin avqustun 3-də qətlə yetirilib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Qətl  





Xəbər lenti