Braziliyada iğtişaşlar - İki nazirliyin binası yandırıldı, 49 yaralı (VİDEO)

Braziliyada iğtişaşlar - İki nazirliyin binası yandırıldı, 49 yaralı (VİDEO)
  25 May 2017    Oxunub:1995
Braziliyanın paytaxtı Braziliya şəhərində kütləvi etiraz aksiyaları keçirilib. AzVision.az xəbər verir ki, baş verən qarşıdurmalar nəticəsində 7 nazirliyin binasına ciddi ziyan dəyib.
Etirazçılar prezident Mişel Temerin istefasını tələb ediblər. Etiraz aksiyalarında 150 minə yaxın insan iştirak edib.

Bundan əlavə, etirazçılar iki nazirlik - Kənd Təsərrüfatı və Maliyyə Nazirliklərinin binasını yandırıblar.

Hakimiyyət nazirlik əməkdaşlarının təxliyə edilməsi haqqında qərar verib. Dövlət qurumlarının mühafizəsinə 1500-ə yaxın hərbçi cəlb edilib.

Ümumilikdə, gecə boyu davam edən etirazlar zamanı 49 nəfər xəsarət alıb, 7 nəfər saxlanılıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Braziliya  





Xəbər lenti