Keçmiş müdafiə naziri prezidentə məktub yazdı

Keçmiş müdafiə naziri prezidentə məktub yazdı
  25 May 2017    Oxunub:2295
Azərbaycanın keçmiş müdafiə naziri, ehtiyatda olan general-mayor Dadaş Rzayev prezident İlham Əliyevə məktub yazıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev,

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yolunu şərəf və ləyaqətlə davam etdirdiyinizə görə Sizə bir Azərbaycan vətəndaşı, bir müharibə veteranı, bir ağsaqqal kimi minnətdarlığımı bildirirəm.

İmzaladığınız Sərəncamınızla Fatma Səttarovaya “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nün verilməsinə görə Sizə dərin ehtiramımızı və təşəkkürümüzü bildiririk. Biz Sizin xalqımız qarşısında misilsiz xidmətlərinizi ürəkdən bəyənir və böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Xüsusilə qeyd etmək istəyirəm ki, dünyanı böhran bürüdüyü bir vaxtda Azərbaycanın dinamik inkişafının qorunub saxlanılması, əhalinin sosial rifahının yaxşılaşdırılması naminə gördüyünüz böyük işlər sayəsində ölkəmiz gündən-günə dəyişir, inkişaf edir və müasirləşir. Əminəm ki, Azərbaycanın bütün əzəli torpaqları Sizin rəhbərliyiniz ilə tezliklə düşmən tapdağından azad olunacaqdır.

Cənab Ali Baş Komandan, müharibə veteranlarına göstərdiyiniz diqqət və qayğıya görə bütün veteranlar adından bir daha Sizə dərin təşəkkürümüzü bildiririk".

AzVision.az


Teqlər: Dadaş-Rzayev  





Xəbər lenti