"Bilet satışından 3 milyon gəlir əldə olunub"

"Bilet satışından 3 milyon gəlir əldə olunub"
  23 May 2017    Oxunub:1447
"Azərbaycan idmançılarının 70 faizdən çoxu İslam Həmrəyliyi Oyunlarında medal qazanıb"
AzVision.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslamiadanın bağlanış mərasimi ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, istər Avropa Oyunlarında, istər İslam Həmrəyliyi Oyunlarında idmançılarımız böyük uğur qazanıb. “Təşkilatçı olmaqla yanaşı, idmançılarımızın göstərdikləri nəticələr böyük əhəmiyyət kəsb edir. Biz qeyd edirik ki, 162 medal qazandıq. Lakin bizim idmançılarımızın sayı bəlkə də 250-dən çoxdur. Bizim futbol yığmamız qalib oldu. Demək olar ki, idmançılarımızın 70 faizdən çoxu İslam Oyunlarının mükafatçılarıdır. Rio Olimpiadasında 53 idmançımızın 18-i medal qazanmışdı. Bu dünyada birinci nəticə idi”.

Konfransa çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 59 ölkədən İslam Oyunlarını izləmək üçün 360 min bilet alınıb.

"3 milyon manata yaxın biletdən gəlir əldə olunub. Qalib gələn komandaya bir qızıl medal üçün 150 min manat veriləcək. Lakin eşitmişik ki, federasiya prezidentləri tərəfindən də komanda oyunçularına mükafat veriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti