Binəli Yıldırım Gürcüstandadır

Binəli Yıldırım Gürcüstandadır
  23 May 2017    Oxunub:1100
Türkiyənin baş naziri Binəli Yıldırım Gürcüstana rəsmi səfərə gəlib.
AzVision.az xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra Baş nazir Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik və birgə həyata keçirilən irimiqyaslı, enerji, infrastruktur və nəqliyyat layihələrinin perspektivləri müzakirə olunub. Hazırda Gürcüstan parlamentinin köhnə binasında Yüksək Səviyyəli Türkiyə-Gürcüstan Strateji Araşdırmalar Şurasının ikinci iclası keçirilir.

Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybekçi, energetika və təbii ehtiyatlar naziri Bera Albayrak, kənd təsərrüfatı naziri Faruk Çelik, gömrük və ticarət naziri Bülənt Tüfəkçi və nəqliyyat naziri Əhməd Arslan daxildir.
Qeyd edək ki, səfər Gürcüstan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə üst-üstə düşür.

AzVision.az


Teqlər: Türkiyə   Gürcüstan  





Xəbər lenti