İslamiadanın bağlanış mərasimi başa çatdı - FOTOLAR (YENİLƏNİB)

İslamiadanın bağlanış mərasimi başa çatdı - FOTOLAR (YENİLƏNİB)
  23 May 2017    Oxunub:16475
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başa çatıb.
***
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi konsert proqramı ilə davam edir.

Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Eldar Qasımov, Tünzalə Ağayeva sevilən mahnılarını ifa ediblər.

***
V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirilib.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını endiriblər.



İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyənin gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib.

Türkiyənin dövlət himni – “İstiqlal marşı” səsləndirilib.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunub.

Birinci xanım bildirib ki, Azərbaycan növbəti tarixi qələbəyə imza atdı.

Mehriban Əliyeva İslam Oyunlarındakı qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Birinci vitse-prezident çıxışının sonunda İslam Həmrəyliyi Oyunlarını bağlı elan edib.

***



İslam Oyunlarında unudulmaz anları əks etdirən videoçarx nümayiş etdirilib.

Stadionda “Gilavar” səhnəsi, Gülarə Əliyevanın “Şur fantaziyası” maraqla qarşılanıb.

***

Yarışlarda iştirak edən idmançıların paradı keçirilib. Azərbaycan atletlərinin stadiona gəlişi böyük coşqu ilə qarşılanıb. İdmançıların paradından sonra Bakı Olimpiya Stadionunda atəşfəşanlıq olub.



***

Azərbaycan bayrağı Bakı Olimpiya Stadionuna gətirilib. Bu zaman dövlət himni səsləndirilib. Daha sonra İslam Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil olublar.



***

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə start verilib.

Bağlanış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri, xarici ölkə nümayəndələri iştirak edirlər.











Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: İslamiada   Bağlanış  





Xəbər lenti