Gömrükdə 4 min ədəd siqaret aşkar edilib

Gömrükdə 4 min ədəd siqaret aşkar edilib
  23 May 2017    Oxunub:1052
Gürcüstandan gələn Azərbaycan vətəndaşında külli miqdarda siqaret aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn "Vaz-2106" markalı avtomobilin sərnişini-Azərbaycan vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxış keçirilib.

Yoxlama zamanı avtomobildən həmin şəxsə məxsus olan, gömrük nəzarətinə düzgün bəyan edilməyən və üzərində aksiz markası olmayan 1200 ədəd "Pirveli" və 1600 ədəd "Marlboro" , həmin şəxsin üzərindən isə 1200 ədəd"Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti