Türkiyə ABŞ-a nota verdi

Türkiyə ABŞ-a nota verdi
  22 May 2017    Oxunub:1259
ABŞ-ın dövlət katibi Reks Tillersonun Vaşinqtonda PKK tərəfdarları ilə Ərdoğanın mühafizəçiləri arasında baş verən dava ilə ilə bağlı verdiyi açıqlama Ankaranın etirazına səbəb olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Ankara Tillersonun baş verənləri "türk şiddəti" kimi qələmə verməsinin qəbuledilməz olduğunu açıqlayıb.

Ankara buna etiraz olaraq ABŞ səfirini Türkiyə XİN-ə çağırıb, ona nota verib.

Xatırladaq ki, Ərdoğan ABŞ-da səfərdə olarkən PKK tərəfdarı ilə prezidentin mühafizəçiləri arasında dava düşmüşdü.

AzVision.az




Teqlər: Türkiyə   ABŞ   Ərdoğan   Nota  





Xəbər lenti