İslamiadanın bağlanış mərasimi belə olacaq
Bağlanış mərasimində Gilavar, Şanlı vətən, daimi yaddaşda qalan oyunlar nümayiş olunacaq. Daha sonra "Xəzər üzərində nur", "Həmrəylik ruhu", "İslam aləminin atletləri", "Sağol Bakı", "Salam İstanbul" adlı səhnələr göstəriləcək və sonda Birlik konserti nümayiş etdirəcək.
Bağlanış mərasimində 6 məşhur müğənni səhnəyə çıxacaq. Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva, Eldar və Tunzalə Ağayeva öz ifaları ilə tamaşaçılara xoş anlar bəxş edəcəklər.
Bununla da möhtəşəm İslam Oyunlarının bağlanış mərasimi yekunlaşacaq.
Mərasimin direktoru və icraçı direktoru Katrin Uqvu, bədii rəhbər isə Neytan M.Raytdır.
Aytən Zəhra
AzVision.az